Azərbaycanda iki xəstəxanada təmir işləri görüləcək
Səhiyyə Nazirliyi tabeliyində olan tibb müəssisələrinin infrastrukturunun yenilənməsi istiqamətində növbəti addım atacaq.
BAKU.WS-in məlumatına görə, nazirliyin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti tərəfindən Uşaq Vərəm Sanatoriyası və Şirvan şəhəri Onkoloji Xəstəxanasının binalarında əsaslı təmir işləri görüləcək.
Layihələrin ümumi dəyəri 210 min manatdan çoxdur (Uşaq Vərəm Sanatoriyaları üçün 90.500 manat, Onkoloji Xəstəxana üçün 119.590 manat).
Layihələrin məqsədi sanatoriya və xəstəxana binalarının enerji səmərəliliyinin artırılması, müasir tibb standartlarına uyğunlaşdırılması və uşaq, həmçinin onkoloji xəstələrin müalicə şəraitinin yaxşılaşdırılmasıdır.
Təmir işləri tibb müəssisələrinin yalnız fiziki vəziyyətini deyil, həm də göstərilən xidmət keyfiyyətini yüksəldəcək. Görüləcək işlər nəticəsində enerji xərclərinin azalması, pasiyentlərin rahatlığı və personalın iş şəraitinin yaxşılaşması gözlənilir.
Oxşar xəbərlər
Bakıda qəssab "WhatsApp" qrupu yaradaraq ət satışı ilə məşğuldur? - AQTA-dan açıqlama
Paytaxtın Yasamal rayonunda, "ASAN xidmət" mərkəzinin yaxınlığında fəaliyyət göstərən qəssablardan birinin "WhatsApp" qrupu yaradaraq kiloqramı 17 manata ət sat...