Azərbaycanda iki internet provayderi cərimələnib

Azərbaycanda iki internet provayderi cərimələnib
Sosial 8

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) iki internet provayderini cərimələyib.

BAKU.WS report-a istinadən xəbər verir ki, uçota alınan operator və provayderlərin fəaliyyətini əks etdirən məlumatların verilməsinə müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq, bir neçə internet provayder həmin məlumatların təqdim edilməsindən yayınır.

Dəfələrlə xəbərdarlıq edilsə də, məlumatların təqdim edilməsindən yayınan “Fibernet” və “ButaTelecom.az” MMC-lərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, inzibati xəta haqqında protokolun tərtib edilməsi təmin edilib və baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilib.

Oxşar xəbərlər

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...

3911 Sosial 18:30 12 aprel 2023

Son xəbərlər