Azərbaycanda hotellərdə daha çox hansı ölkə turistləri qalır? - Statistika

Azərbaycanda hotellərdə daha çox hansı ölkə turistləri qalır? - Statistika
Sosial 878
Bu ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1327,5 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.BAKU.WS trend-ə istinadən xəbər verir ki, gecələmələrin 63,3 faizi Bakıda, 8,7 faizi Qəbələdə, 4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,8 faizi Qusarda, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,6 faizi Xaçmazda, 1,3 faizi Mingəçevirdə, hər birində 0,9 faiz olmaqla Qax və Gəncədə, 8,2 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 954,2 min olub ki, bu da ümumi gecələmələrin 71,9 faizini təşkil edir.Gecələmələrin 12,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,2 faizi Rusiya 8,7 faizi Səudiyyə Ərəbistanı, 5,9 faizi Hindistan, 5,6 faizi İsrail, 5,4 faizi Türkiyə, 5,0 faizi İran, 3,8 faizi Böyük Britaniya, 3,3 faizi Küveyt, 2,1 faizi ABŞ, 2,0 faizi Pakistan, 1,9 faizi Qətər, hər biri üzrə 1,5 faiz olmaqla Qazaxıstan və İraq, 1,3 faizi Çin, 1,2 faizi Almaniya, 25,7 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,6 faizi Bakı şəhərində, 7,9 faizi Qəbələdə, hər birində 3,4 faiz olmaqla Naxçıvan Muxtar Respublikasında və Naftalan şəhərində, 3 faizi Qubada, 2,1 faizi Qusarda, 2,6 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 5,5 faiz artaraq 373,3 minə çatıb.

Oxşar xəbərlər

Əməkhaqqının daha yüksək olduğu sahələr açıqlandı

Əməkhaqqının daha yüksək olduğu sahələr açıqlandı

2019-cu il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 1590,7 min nəfər olub...

1179 İqtisadiyyat 21:04 11 iyul 2019

Son xəbərlər