Azərbaycanda fevralın 1-dək yazılan cərimələr silinə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bu il fevralın 1-dək tətbiq edilən bütün cərimələrin silinməsi təklif olunur.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu təkliflə deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
“Hökumət əmək haqqını, pensiyanı az artıranda biz sual edirik ki, niyə bu qədər artırdınız? Onlar isə deyirlər, dövlətin gücü buna çatır. Amma cərimələr 300-400% artırılır. Onda niyə əhalinin ödəyəcəyi pul nəzərə alınmır?
İnsanların da bu cərimələri ödəməyə gücü çatmır axı. Xahiş edirəm ki, fevralın 1-nə kimi olan bütün cərimələr silinsin”, - deputat əlavə edib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...