Azərbaycanda ətin qiyməti ucuzlaşa bilər? - VACİB AÇIQLAMA
"Ukrayna və Monqolustandan gələn ətlər keyfiyyətcə yerli ət məhsullarından geri qalır. Bu, heç kimə sirr deyil. Amma onların bazara geniş miqyasda daxil olması heyvanların arasında yayılmış xəstəlik və yerli məhsulların baha olması fonunda baş tutdu".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
AQC sədri əlavə edib ki, hazırda ölkə üzrə yerli ətin qiyməti təqribən 16-18 manat arası dəyişir. Xırda buynuzluların qiyməti isə hardasa 20-23 manat arasında dəyişir:
"Fikrimcə, qonşu ölkələrlə müqayisədə Azərbaycanda ət məhsulları o qədər də baha deyil. Amma ölkəmizdə mövcud şərtlər və orta əməkhaqqını nəzərə alaraq bu ailələrin büdcəsinə müəyyən problemlərin yaranmasına səbəb olur. Yəni ətin qiymətini müxtəlif tədbirlərlə tənzimləmək mümkündür və bu istiqamətdə ilk addım yerli imkanların səfərbər olunmasıdır.
Çünki həm ətin keyfiyyəti, həm də iqtisadi təhlükəsizlik baxımından daha çox yerli ət məhsullarının bazarda asılılığının yaradılmasına ehtiyac var. Kənardan iqtisadi təhlükəsizlik baxımından məqsədəmüvafiq deyil. Eyni zamanda, keyfiyyət o qədər ürəkaçan deyil.
Ona görə də düşünürəm ki, ət məhsullarının qiymətinin tənzimlənməsi üçün Azərbaycanın aqrar rayonlarında bu işlə bağlı müvafiq tədbirlər görülməlidir. Nəticədə ət məhsullarının istehsalının həcmi artırılmalıdır ki, yerli bazarın tələbatı ödənilsin. Xaricdən gətirilmə bu tələbatın müvəqqəti ödənilməsinə və eyni zamanda keyfiyyətli ödənilməməsinə gətirib çıxarır".
Orxan Hüseyn
Oxşar xəbərlər
AQTA "Kəndli" bazarında nöqsanlar aşkarlayıb
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının keçirdiyi monitorinqi nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 14 ünvanında yerləşən "B...