Azərbaycanda ən çox kimlər əlillik alır? - AÇIQLAMA
"Hazırda ölkədə orqanizm funksiyalarının 61-80% (II dərəcə əlillik) və 81-100% (I dərəcə əlillik) pozulmasına görə əlilliyi olanlar əsasən 60 yaşdan yuxarı əhali qrupudur".
Bunu BAKU.WS-in sorğusuna cavan olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov deyib.
O, bildirib ki, 31-60% (III dərəcə əlillik) orqanizm funksiyasının pozulmasına görə isə əsasən 30-40 yaş arası əlilliyi olan şəxslər çoxluq təşkil edir.
Agentlik rəsmisinin sözlərinə görə, əlilliyi olan şəxslərin sağlamlığının bərpası istiqamətində qurum tərəfindən mütəmadi olaraq işlər görülür:
"Təbii ki, proses əlillik təyinatı ilə məhdudlaşmır, əlilliyi olan şəxslərin sağlamlığının bərpası və onların cəmiyyətə inteqrasiyası istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ardıcıl və sistemli işlər görülməkdədir. Reabilitasiya sahəsində aparılan islahatlar, yaradılan müasir reabilitasiya infrastrukturu, ardıcıl və sistemli bərpa xidmətləri təbii ki, mütəmadi olaraq öz nəticələrini verir. Həyata keçirilən ardıcıl reabilitasiya tədbirləri, peşəkar həkim komandasının səyləri, müasir və effektiv üsulların tətbiqi sayəsində əlilliyi olan şəxslər arasında əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyanlar var".
Banu Hüseynli
Oxşar xəbərlər
Meyvənin özü, yoxsa şirəsi FAYDALIDIR?
Mütəxəssislər bildirir ki, meyvənin özü ilə onun şirəsi arasında qida dəyəri baxımından fərqlər var. BAKU.WS xəbər verir ki, meyvə özü liflərlə zəngin olduğu ü...