Azərbaycanda "E-rüsum" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

Nazirlər Kabineti "Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)" informasiya sistemi haqqında Əsasnamə"ni təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyinə "e-rüsum"un funksionallığının təmin edilməsi, formalaşdırılması, aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə isə Maliyyə Nazirliyi ilə birlikdə Sistemin "Hökumət buludu"nda yerləşdirilməsini təmin edilməsi tapşırılıb.
Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas omponentlərdən ibarətdir:
- proqram-texniki vasitələr və proqram təminatı;
- telekommunikasiya qurğuları və kanalları;
- informasiya ehtiyatı və onu idarəetmə paneli;
- ehtiyat nüsxələr;
- istismaraqədərki formalaşma mühitləri.
Bundan başqa, proqram-texniki vasitələr və proqram təminatı, vətəndaş və biznesyönümlü həllər əsasında "Mobil Prioritetli Tərtibat" prinsipi ilə qurulacaq. Bu yanaşma Sistemin funksiyalarını, etibarlılığını və təhlükəsizliyini təmin etməklə yanaşı, Sistemdən istifadəni və məlumat mübadiləsini də mümkün edəcək.
Oxşar xəbərlər
Bakının bu ərazilərində qaz olmayacaq
Bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat...
