Azərbaycanda "E-bildiriş"in tərtibi, tətbiqi və uçotu Qaydaları" təsdiqlənib
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti "e-bildiriş"in tərtibi, tətbiqi və uçotu qaydalarının, o cümlədən "e-bildiriş"in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin formasının təsdiq edilməsi haqqında qərar qəbul edib.
BAKU.WS xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən , "e-bildiriş"in tərtibi, tətbiqi və uçotu qaydaları "Dövlət rüsumu haqqında" qanuna uyğun hazırlanıb.
"E-bildiriş" Maliyyə Nazirliyinin "Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)" informasiya sistemi" vasitəsilə "Elektron imza və elektron sənəd haqqında" qanunun tələblərinə uyğun olaraq tərtib edilərək rəsmiləşdirilir.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...