Azərbaycanda donor bankı yaradıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda donor bankı yaradılıb. Ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq olunub.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı komitənin sədri Əhliman Əmiraslanov bildirib.
Komitə sədri xatırladıb ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun komitə tərəfindən hazırlanıb və Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.
“Sənədin işləməsi üçün Nazirlər Kabinetinin Sərəncamı var. Artıq donor bankı yaradılıb, ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq olunub, mütəxəssislərin hazırlığına başlanılıb”, - deyən Komitə sədri bildirib ki, donor sahəsində Türkiyə ilə əməkdaşlıq nəzərdə tutulub.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...