Azərbaycanda dizel avtomobillərdən imtina olunacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Bir çox ölkələrdə dizel mühərrikli avtomobillərə qarşı məhdudiyyətlər tətbiq edilməsi planlaşdırılır.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, Norveç, Niderland və Fransa yaxın illərdə dizel mühərrikli avtomobillərin satışını tamamilə dayandırmağı nəzərdə tutub.
Almaniyada isə bəzi şəhərlərdə havanın çirklənməsini azaltmaq məqsədilə dizellə işləyən avtomobillərin hərəkətinə qismən qadağalar qoyulub. Britaniya 2030-cu ildən etibarən yeni benzin və dizel mühərrikli avtomobillərin satışını dayandırmağı hədəfləyir.
Ölkəmizdə də belə avtomobillər kifayət qədərdir. Bizdə də belə addımlar atıla bilərmi?
Avtomobil satışı üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, dizel mühərrikli avtomobillərin ölkəmizdə qadağan olunması hələ ki nəzərdə tutulmayıb.
Yük daşımaları, kənd təsərrüfatında istifadə edilən texnika və digər ağırtonnajlı nəqliyyat vasitələri əsasən dizellə işləyir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...