Azərbaycanda daha 67 nəfərdə koronavirusa yoluxma qeydə alındı, 1 nəfər öldü
Azərbaycan Respublikasında 67 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib, 41 nəfər müalicə nəticəsində sağalaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, 1935-ci il təvəllüdlü vətəndaşın anamnezində ürək ritminin pozulması, ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz olduğu göstərilib, ondan koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxıb. Bütün zəruri tibbi tədbirlərin həyata keçirilməsinə baxmayaraq pasiyent vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 1 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.
Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2 840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər
SON DƏQİQƏ! Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı
Azərbaycanda 1 nəfər yeni koronavirus (COVID-19) infeksiyasından vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, ko...