Azərbaycanda daha 338 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib
Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4801, ötən müddət ərzində isə ümumilikdə 391 699 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda daha 315 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti...