Azərbaycanda çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ
Azərbaycanda çoxmərtəbəli yaşayış binalarının zəlzələyə dayanıqlılığını yoxlamaq üçün cihazlar yerləşdiriləcək.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, təhsil müəssisəsinin Zəlzələ Araşdırmaları Mərkəzi tərəfindən böyük tədqiqat aparılıb.
Universitetin professoru Azər Qasımzadənin sözlərinə görə, tədqiqatın nəticəsi olaraq ölkə ərazisində, xüsusən Bakıda yerləşən çoxmərtəbəli yaşayış binalarında cihazlar yerləşdiriləcək:
"Bu cihazlar vasitəsilə mütəmadi olaraq binaların zəlzələyə davamlılığı barədə monitorinq aparılacaq. Beləliklə, risklər müəyyənləşdiriləcək və baş verə biləcək problemin qarşısını vaxtından əvvəl almaq mümkün olacaq".
"Layihənin tətbiqi üçün işlərə başlanılıb və yaxın zamanda aidiyyəti qurumlarla görüşlər təşkil olunacaq", - deyə professor qeyd edib.
Oxşar xəbərlər
Ət yeyənlərin sayında kəskin AZALMA
Ət bazarında son dövrlərdə alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi müşahidə olunur. BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir ki, satıcılar bildirirlər ki...