Azərbaycanda cib bıçaqlarının satışı qadağan edilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan olunması təklif edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, belə təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov çıxış edib.
Deputatın sözlərinə görə, gənclər və yeniyetmələr arasında bıçaqlanma hadisələri ilə bağlı statistika göstərir ki, bunlar daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla törədilir: "Bu bıçaqların satışının, istifadəsinin qadağan olunmasını təklif edərdim".
Müşfiq Cəfərov qeyd edib ki, müəyyən oyunlar da uşaqların və yeniyetmələrin psixologiyasına təsir edir: "Onların da qadağan olunması böyük əhəmiyyət kəsb edir. Bu qadağa uşaq və yeniyetmələr arasında ölüm hadisələrinin qarşısını almış olar".
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...