Azərbaycanda cərimələr yenidən artırılacaq? - VACİB AÇIQLAMA
"Ölkədə bəzi cərimələrin artırılması ilə bağlı müzakirələrin aparıldığı iddia olunsa da, hazırda bununla bağlı Milli Məclisə yeni qanun layihəsi təqdim olunmayıb".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib
Deputat Vüqar Bayramov bildirib ki, hazırda İnzibati Xətalar Məcəlləsi çərçivəsində ümumi müzakirələr aparılsa da, konkret olaraq cərimələrin artırılması və ya yeni cərimələrin tətbiqi ilə bağlı plenar iclasa çıxarılmış layihə yoxdur:
"Bu məsələ hüquqi xarakter daşıdığından aidiyyəti komitələrdə baxıla bilər. Lakin hazırkı mərhələdə cərimələrin artırılması ilə bağlı konkret qərar və ya rəsmi təşəbbüs mövcud deyil".
Orxan Hüseyn
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində qaz kəsiləcək
Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. "Qaz İxrac"...