Azərbaycanda bu rüsum ləğv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edənlər rüsumdan azad edilir.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ümumi məhkəməyə iddia ərizəsi ilə müraciət edən fiziki şəxslər bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinin 10 faizini ödəməkdən azad olunacaqlar.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
İcma: "Etnik təmizləmə törədənlər və qayıdışımıza mane olanlar məsuliyyətə cəlb edilməlidir"
Qərbi Azərbaycan İcması BMT-nin İnsan hüquqları üzrə Ali Komissiarına müraciət ünvanlayıb. BAKU.WS report-a isinadən xəbər verir ki, məktubda Ermənistanın azər...