Azərbaycanda bu rüsum 3 dəfə azaldılır

Azərbaycanda bu rüsum 3 dəfə azaldılır
Sosial 816

Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilir.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunun üçün “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilir.

Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə təklif edilir ki, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmasın.

Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər