Azərbaycanda bu gün iş saatları qısaldılıb - 1 saat tez çıxacağıq
Bu gün Azərbaycanda iş saatları qısaldılmış rejimdə olacaq.
BAKU.WS xəbər verir ki, bu norma Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən tətbiq edilir. Qaydaya uyğun olaraq, bayramqabağı günlərdə iş vaxtı həftəlik iş qrafikindən asılı olmayaraq bir saat azaldılır.
Bu il 27–28 may tarixləri Qurban bayramı və 28 May – Müstəqillik Günü ilə üst-üstə düşdüyündən ardıcıl qeyri-iş günləri formalaşıb. Qanunvericiliyə əsasən, bayramların eyni dövrə təsadüf etməsi səbəbilə 29 may da qeyri-iş günü hesab edilir.
Beləliklə, ölkədə 27, 28 və 29 may tarixləri, həmçinin həftəsonu olan 30–31 may günləri qeyri-iş günləri olacaq.
Növbəti iş günü iyunun 1-i olacaq.
Oxşar xəbərlər
Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru işdən çıxarılıb
Bakı şəhəri 98 saylı uşaq bağçasında aparılan araşdırma nəticəsində təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunmas...