Azərbaycanda bir banka icrası məcburi sərəncam verildi

Azərbaycanda bir banka icrası məcburi sərəncam verildi
Sosial 454

Azərbaycan Mərkəzi Bankı (AMB) "AFB Bank" ASC-yə icrası məcburi sərəncam verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, "AFB Bank" "Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə"nin (Əsasnamə) 7.5-ci bəndinin tələblərinə zidd olaraq valyuta mübadiləsi əməliyyatlarına dair məlumatları təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim etməyib.

Odur ki, "Banklar haqqında" qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq banka gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər

Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər

Suraxanı rayonunun Səttar Bəhlulzadə qəsəbəsində yerləşən 18 evin sakinləri təhlükəli şəraitdə yaşadıqlarını bildirirlər. BAKU.WS Baku TV-yə istinadən xəbər ver...

112 Sosial 23:40 17 sentyabr 2026

Son xəbərlər