Azərbaycanda avtobus istehsalı son 5 ildə 60 dəfə artıb
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ildə Azərbaycanda 120 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib.
BAKU.WS xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 7 %, 2020-ci ilin göstərici ilə müqayisədə isə 60 dəfə çoxdur.
Ötən il ölkədə ümumilikdə 6 815 ədəd avtomobil (1 il əvvələ nisbətən 43 % çox, son beş ildə - 3,2 dəfə çox), o cümlədən 5 998 ədəd minik (+55 % və +3 dəfə), 697 ədəd yük avtomobili (-13 % və +3,4 dəfə) istehsal edilib.
Hesabat dövründə Azərbaycanda həm də 20 ədəd qoşqu və yarımqoşqu istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 19 ədəd və ya 20 dəfə çoxdur. Son beş ildə isə qoşqu və yarımqoşqu istehsalı 5,3 % artıb.
#Avtobus #Dövlət Statistika Komitəsi
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...