Azərbaycanda aktyor və qardaşı koronavirusdan ölüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev 73 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a teatrdan bildirilib.
Aktyor bu gün koronavirus xəstəliyindən dünyasını dəyişib.
Həmçinin bildirilib ki, bir müddət əvvəl Ə.Qurbanəliyevin qardaşı da COVID-19-dan vəfat edib.
Qeyd edək ki, Ələsgər Qurbanəliyev 1948-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. O, 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında işləyən aktyor 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Azərbaycanın tanınmış tarixçi alimi koronavirusdan vəfat edib
Azərbaycanın tanınmış tarixçi alimi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu gün 62 yaşında koro...