Əməkdar artist koronavirusdan vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Akademik Opera və Balet Teatrından bildirilib.
İ.Ələkbərovun koronavirusdan vəfat etdiyi qeyd olunub.
İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.
1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.
Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib.
2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
Oxşar xəbərlər
AzTU-nun kafedra müdiri koronavirusdan vəfat edib
Azərbaycan Texniki Universitetinin (AzTU) Elektronika kafedrasının müdiri, professor Hüseyn Orucov koronavirusdan vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə...