Azərbaycanda 988 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda bu gün koronavirus infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 11 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 52 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 42 033 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib, aktiv xəstə sayı 9 405 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 426, ötən müddət ərzində isə ümumilikdə 1 319 474 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda son sutkada 89 nəfər COVID-19-a yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlə...