Azərbaycanda 71 yaşlı şəxs özünə QR-kodlu başdaşı düzəltdirdi
71 yaşlı İmaməli Cavadov sağlığında özünə məzar qazdırıb, başdaşı düzəltdirib və üzərinə QR-kod əlavə etdirib. QR-kod vasitəsilə onun məzarına gələnlər Cavadov haqqında məlumat əldə edə biləcəklər.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, belə addım atmasına səbəb onun ağır xəstəlikdən sağalması olub. O bildirir ki, üç övladı var və övladları bu işi atasının özünün həyata keçirməsini daha məqsədəuyğun hesab ediblər.
Məzar daşlarına QR-kod yerləşdirən mütəxəssis isə bunun ilk belə sifariş olduğunu deyib. Onun sözlərinə görə, sağ ikən öz başdaşını sifariş edən şəxslə qarşılaşmaq onu təəccübləndirib.
İmaməli Cavadov qeyd edib ki, atası ona sadə başdaşı vəsiyyət edib. Buna görə o da ata-anasının məzar daşından hündür olmayan sadə bir başdaşı hazırlatdırıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Məktəb başlayanadək uşağın yuxu rejimini necə düzəltmək olar? - Psixoloq AÇIQLADI
Uşağın yuxu rejimini yeni dərs ilinin başlamasına bir gün qalmış dəyişmək mümkün deyil. Psixoloq və uşaq yuxusu üzrə məsləhətçi Yelena Matveyevanın sözlərinə gö...