Azərbaycanda 6 günlük bayram tətili başladı
Azərbaycanda 6 günlük bayram tətili başlayıb.
BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" qərar verib.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Xatırladaq ki, 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü və iş günü hesab edilməyən bayram günüdür.
Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 11 noyabr qeyri-iş günü olacaq.
Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.
Oxşar xəbərlər
Ofisiantların ölümünə görə tutulan icarədarın HƏBS MÜDDƏTİ ARTIRILDI
Binəqədidə dörd gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb....