Azərbaycanda 100-ə yaxın kənd işıqsız qalıb
13
yan
2023
21:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazın 100-ə yaxın kəndi işıqsız qalıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, güclü külək nəticəsində rayonun 100-ə yaxın yaşayış məntəqəsində - 18 min abonentin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.
Güclü külək rayonun müxtəlif ərazilərində iri gövdəli ağacları aşırıb, həmçinin şəhərin N.Nərimanov küçəsi, 74 A ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyünün 800 kv metr hissəsini uçurub.
Hazırda küləyin fəsadlarını aradan qaldırılması və dəymiş ziyanın hesablanması istiqamətində müvafiq işlər aparılır.
Oxşar xəbərlər
Qurban bayramında heyvan kəsimi və satışı xidmətlərini həyata keçirəcək obyektlər - SİYAHI
2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməs...