Azərbaycana gətiriləcək koronavirus vaksinləri ilə bağlı TƏKLİF
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda vaksinasiya zamanı alternativ yollardan da istifadə etməliyik.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, dövlətin gətirəcəyi və əhaliyə pulsuz təqdim edəcəyi vaksinlərlə yanaşı, özəl şirkətlərə də şərait yaratmalıyıq ki, onlar da başqa şirkətlərin, dərman istehsalçılarının vaksinlərini ölkəyə gətirə bilsinlər və vətəndaşlarımızın vaksin seçimi də olsun:
"Əgər kimsə dövlət tərəfindən pulsuz təqdim etdiyi vaksini vurdurmaq istəmirsə, özəl şirkətlərin gətirdiyi vaksindən istifadə etsin. Bunun üçün Ümumdünya Səhyyə Təşkilatı tərəfindən qeydiyyata alınan vaksinlərin özəl şirkətlər tərəfindən ölkəyə gətirilməsinə şərait yaratmalıdır ki, vətəndaşlarımızın da seçim imkanları olsun".
Oxşar xəbərlər
Əhalini vaksinasiya ilə bağlı narahat edən suallara - PROFESSORDAN CAVAB
Azərbaycana 4 milyon doza vaksin gətiriləcək və bütövlükdə vaksinasiya dövrü fevral ayından gec olmayaraq başlayacaq. BAKU.WS vaksinasiya prosesi ilə bağlı yara...