Azərbaycana daha 4 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus əleyhinə daha 4 milyon doza vaksinin Azərbaycana gətirilməsi nəzərdə tutulur.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.
Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda koronavirusa qarşı sistemli tədbirlər həyata keçirilir.
O qeyd edib ki, qısa müddət ərzində Azərbaycanda modul tipli xəstəxanalar fəaliyyətə başladı, mövcud xəstəxanalar koronavirusla mübarizəyə cəlb olundu: "Xarici mütəxəsislər də daxil olmaqla ümumilikdə ölkəmizdə koronavirusla mübarizə 44 mindən artıq səhiyyə işçisi cəlb olunub".
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...