Azərbaycan Rusiyadan koronavirus dərmanı ala bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın istehsal etdiyi koronavirus dərmanı beynəlxalq miqyasda təsdiqləndikdən sonra Azərbaycan bu dərmanı idxal edə bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
“Dərmanı almağa maraqlı olduğumuz üçün “Sputnik V” peyvənd dərmanının, ilk növbədə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləndikdən sonra bu sahədə əməkdaşlıq etmək barədə rusiyalı həmkarların təkliflərinə baxa bilərik”, - nazir deyib.
Nazir Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının üzv ölkəsi olaraq koronavirusun müalicəsilə bağlı həmin qurumun tövsiyələrinə və üsuluna əməl etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan peyvənd istehsal edən ölkələrlə danışıqlar aparır
"Azərbaycan hansısa ölkənin peyvənd istehsal etməsini gözləmir”. BAKU.WS-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil et...