Azərbaycan-Rusiya gərginliyinin sonu nə olacaq? - Deputat danışdı

Azərbaycan-Rusiya gərginliyinin sonu nə olacaq? - Deputat danışdı
Foto
Sosial 590

"İndi Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərdə yaranan gərginlik fonunda Rusiya hakimiyyəti Azərbaycandan spirtli içkilərin idxalını qadağan etməyi nəzərdən keçirir. Bu addım siyasi gərginliyə iqtisadi təzyiqlə cavab vermək məqsədi daşıyır".

Bunu BAKU.WS-ə aşıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu daxili bazarda ucuzlaşmaya səbəb olsa da, xaricə satışın azalmasına gətirib çıxaracaq.

"Ümid edirəm ki, siyasi gərginliyin iqtisadi nəticələri ciddi itkilər yaratmadan aradan qaldırılar", deyə deputat vurğulayıb.

Müşfiq Cəfərov həmçinin qeyd edib ki, son günlər Rusiya-Azərbaycan münasibətlərində gərginlik müşahidə olunur. Bu gərginliyin artmasında Rusiya dumasının üzvlərinin, eləcə də media orqanlarının rolu böyükdür. Lakin hazırda Azərbaycan və Rusiya arasında münasibətlərdə əvvəllər müşahidə olunmamış dərəcədə ciddi  zədələnir.

"Artıq uzun müddətdirki, dövlətimiz Moskvanın həm xalqımıza, həm də dövlətimizə qarşı davranışlarından narazıdır. Rusiya isə Bakıya təzyiq göstərmək məqsədilə Azərbaycan üçün ən həssas nöqtə olan iqtisadi səbəblərlə Rusiyaya üz tutmuş Azərbaycan vətəndaşlarını hədəfə almağa çalışır. Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən polis əməliyyatı, iki nəfərin ölməsi və bir neçəsinin saxlanılması münasibətlərin daha da gərginləşməsinə səbəb oldu. Rusiya baş verən hadisələrlə bağlı hüquqi əsaslarla Azərbaycan və beynəlxalq ictimaiyyətə hesabat verməkdən yayınıb. Bu səbəbdən dövlətimiz tərəfindən Azərbaycanda Rusiyanın mədəni tədbir və rəsmi səfərləri ləğv olunub.

Rusiya uzun müddətdir ki, Qafqaz və Orta Asiyadan olan miqrantlara qarşı təzyiqlər həyata keçirir. Rusiyada Azərbaycan diasporunun uzun illərdir ki, fəaliyyətinə Rusiyanın dövlət strukturları tərəfindən maneələr törədilir. Azərbaycan icmasına qarşı da kriminal ovu adı altında bir çox əməliyyatlar keçirilib. Bu proseslər zamanı bir çox azərbaycanlı qətlə yetirilib". 

Banu Hüseynli

Son xəbərlər