Azərbaycan polisindən alqışlanası addım
Yeniliklərdən dərhal xəbərdar olun
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində qəhrəmancasına şəhid olan, eləcə də sağlamlıqlarını itirən qazilərin məktəbli övladlarını ziyarət ediblər.
BAKU.WS xəbər verir ki, beş ailənin qonağı olan polis əməkdaşları məktəbliləri təbrik edib, təhsillərində uğurlar arzulayıblar.
Azyaşlılara məktəbli çantası və dərs ləvazimatları hədiyyə edən polislər, onlarla xatirə şəkilləri çəkdiriblər.
Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Ucar RPŞ-nin kollektivinə təşəkkürlərini bildiriblər.
Oxşar xəbərlər
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi - FOTO
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri polkovnik-leytenant Həmdəm Mail oğlu Ağayev və baş leytenant Adil Asəm oğlu İbrahimlinin doğu...