Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Ötən ay 263 məktəbdə ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl olunmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi gigiyena qaydalarına əməl etməməsi, qida blokunda təmizlik və dezinfeksiya tədbirlərinin aparılmaması və s.) müəyyən edilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildiirlib ki, cari ilin mart ayı ərzində ümumilikdə 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. Monitorinqlərin nəticəsində 23 məktəbdə yararlılıq müddəti bitmiş, beşində isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb.
Yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb. Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib. Eyni zamanda, məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə və regional təhsil idarələrinə məktublar ünvanlanıb.
Qalereya
Oxşar xəbərlər
Yeni Günəşlidə su borusundakı qəza aradan qaldırıldı - AÇIQLAMA
Yeni Günəşli ərazisində partlayan su borusu ilə bağlı yaranan problem aradan qaldırılıb. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADS...