Azərbaycan Kanadadan mal əti tədarük etməyə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 39,8 milyon ABŞ dolları dəyərində 9 min 708 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 % çox, kəmiyyət olaraq – 0,3 % azdır.
Hesabat dövründə Azərbaycan Ukraynadan 23,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % az) 5 min 125 ton (-10 %), Braziliyadan 7,7 milyon ABŞ dolları dəyərində (+27 %) 2 min 482 ton (+22 %), Belarusdan 4,7 milyon ABŞ dolları dəyərində (+18 %) 1 min 52 ton (+3 %), Hindistandan 3 milyon ABŞ dolları dəyərində (+43 %) 920 ton (+33 %), Rusiyadan 521 min ABŞ dolları dəyərində (-43 %) 78,1 ton (-48 %) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kanadadan tədarük (0,6 min ABŞ dolları dəyərində 0,03 ton) həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 12 min ton mal ətinin 59 %-i Ukraynanın payına düşüb.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...