Azərbaycan FHN-in Türkiyəyə göndərdiyi xilasedicilərin sayı və yardımın həcmi açıqlanıb

Azərbaycan FHN-in Türkiyəyə göndərdiyi xilasedicilərin sayı və yardımın həcmi açıqlanıb
Sosial 98

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə göndərilən xilasetmə və tibbi personal, humanitar yardımın siyahısı açıqlanıb.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, göndərilən yardımların siyahısı aşağıdakı kimidir:

Xilasetmə və tibbi personal 760 nəfər, xilasetmə iti 8 baş, mobil səhra hospitalı (7 konteynerlə) 2 ədəd, xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi 3 ədəd, xadır (müxtəlif ölçülü) 2 630 ədəd, qızdırıcı 707 ədəd, çarpayı 540 ədəd, böyük gücə malik generator 5 ədəd, ədyal 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, geyim dəsti 8 000 ədəd, corab (cüt) 20 000 ədəd, masa 650 ədəd, oturacaq 2 000 ədəd, iplik dəsmal 7 000 ədəd və digər ləvazimatlar göndərilib.

Qeyd edək ki, Kahramanmaraşda keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfər sağ, 741 nəfərin isə cəsədi çıxarılıb. Kahramanmaraş rayonunda fəaliyyət göstərən mobil səhra hospitalında bugünədək 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. FHN-in Kahramanmaraşdakı qüvvələrindən 110 nəfərdən artıq şəxs axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Hataya göndərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər