Azərbaycan əhalisinin sayı 2020-ci ilədək 140 min artacaq - PROQNOZ
10
iyl
2019
17:57
Son 50 il ərzində Azərbaycan əhalisinin sayı iki dəfə artıb.BAKU.WS "APA-Economics"-ə istinadən xəbər verir ki, bu rəqəm BMT-nin "World Population Prospects 2019" adlı illik hesabatında yer alıb.Əgər 1968-ci ildə Azərbaycan əhalisinin sayı 4 960 232 nəfər təşkil edirdisə, 2018-ci ildə bu göstərici iki dəfəyə yaxın artaraq 9 949 537-yə çatıb. Ötən il ölkə əhalisi əvvəlki ilə nisbətən 104 217 nəfər və ya 1,1% artıb.BMT-nin proqnozlarına görə, 2019-cu ilin sonunda Azərbaycanda əhalinin sayı 10 047 718, 2020-ci ildə isə 10 139 770 nəfərə çatacaq.Göründüyü kimi, bu il ölkə əhalisinin sayı 2018-ci illə müqayisədə 92 052 nəfər və ya 0,9%, 2020-ci ildə isə 190 233 nəfər və ya 1,9% artacağı gözlənilir.Qeyd edək ki, bu ilin aprelin 6-da Azərbaycan əhalisinin sayı 10 milyona çatıb.
Oxşar xəbərlər
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 24 692 nəfər və ya 0,3 faiz a...