Azərbaycan əhalisi pullarını əsasən nəyə xərcləyir?

Azərbaycan əhalisi pullarını əsasən nəyə xərcləyir?
Sosial 171

Azərbaycan əhalisinin pullarını əsasən hansı məhsullara xərclədiyi açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, 2022-ci ilin yanvar-iyun aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2022-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22,5 milyard manatlıq, o cümlədən 12,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əhali daha çox hansı məhsullara pul xərcləyir?

Əhali daha çox hansı məhsullara pul xərcləyir?

Azərbaycan əhalisinin daha çox hansı məhsullara pul xərclədiyi açıqlanıb. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-fevral aylarında alıcıla...

74 Sosial 15:37 16 mart 2022

Son xəbərlər