Azərbaycan əhalisi ən çox pullarını hara xərcləyir?

Azərbaycan əhalisi ən çox pullarını hara xərcləyir?
Sosial 527

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,8 faizi ərzaq məhsullarına, içkilər və tütün məmulatlarının alınmasına xərcləyib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, həmçinin əhali pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə 2020-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,4 milyard manatlıq, o cümlədən 11,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Oxşar xəbərlər

Son xəbərlər