Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Orta Dəhliz və xüsusilə Zəngəzur dəhlizinin, o cümlədən Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə həyata keçirilən layihələrdə mümkün iştirakı məsələlərini müzakirə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Avropa Yenidənqurma və İnkişaf Bankının icraçı direktoru Elisabetta Falcetti ilə görüş keçirdik", - nazir qeyd edib.
Görüşdə eyni zamanda şəhər nəqliyyatı, eləcə də kibertəhlükəsizlik, süni intellekt və elektron hökumət sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Bakının bəzi ərazilərində işıq olmayacaq
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən məlumat verilib. "İyunun 23-də Yasamal Rayon...