"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçib

05
avq
2019
09:22
“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. BAKU.WS xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir ki ki, Cəmiyyətin Sərnişin daşımaları departamentinin əməkdaşları sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.Bundan əlavə, Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust tarixlərində əlavə qatar təyin edilib. Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.
Oxşar xəbərlər
Sabunçu qatarı ilə iki həftəyə 13 mindən çox sərnişin daşınıb
Mayın 21-də açılışı olan Sabunçu dəmiryolu vağzalı kompleksinindən bu günə qədər 13 mindən artıq sərnişin istifadə edib.BAKU.WS xəbər verir ki, bu barədə Azərba...
