Dəmir yolunda yeni XİDMƏT – Bir məlumatın qiyməti 1 manatdır - FOTO

Dəmir yolunda yeni XİDMƏT – Bir məlumatın qiyməti 1 manatdır - FOTO
Foto
Sosial 2067
Bakı Dəmiryol Vağzalının tranzit kassasında verilən hər bir məlumata görə 1 manat məbləğində xidmət haqqı tətbiq edilir.BAKU.WS xəbər verir ki, bu barədə sərnişinlər “report”a bildiriblər. Onların verdiyi məlumata görə, həmin xidmət haqqı 1 aprel 2019-cu ildən tətbiq olunur.Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, Bakı sərnişin vağzalında yerləşən tranzit kassada Rusiyadan, Ukraynadan və Gürcüstandan Bakıya gələn sərnişin qatarlarına, eyni zamanda Rusiya Federasiyası daxilində hərəkət edən sərnişin qatarlarına bilet satışı həyata keçirilir:“Həmin kassadan məlumat alan vətəndaşdan tələb olunan 1 manat bilet kassiri tərəfindən ona verilən geniş yazılı məlumata görə xidmət haqqıdır və bunun müqabilində vətəndaşa ödəniş qəbzi verilir.Əgər vətəndaş gün ərzində sorğu elədiyi bileti alarsa, ödəmə qəbzini təqdim etdiyi halda həmin 1 manat vətəndaşa qaytarılır”.Qeyd edək ki, tranzit kassa Rusiya və Gürcüstan dəmir yolları ilə müqavilə əsasında vətəndaşlara bilet satışı üzrə xidmət göstərir.

Oxşar xəbərlər

Azərbaycanda qəzaya düşən sərnişin qatarı ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda qəzaya düşən sərnişin qatarı ilə bağlı RƏSMİ AÇIQLAMA

Yevlaxda sərnişin qatarının qəzaya düşməsi barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən rəsmi məlumat verilib."Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaq...

1593 Hadisə 13:31 30 dekabr 2018

Son xəbərlər