Azərbaycan bəylərinin yaşadığı qədim kənd
Azərbaycan Dövlət Televiziyasının (AzTV) çəkiliş qrupu Qarabağın ucsuz-bucaqsız dağ silsiləsinin qoynunda, nağıllar aləmini xatırladan tarixi bir məkana - Tuğ kəndinə yollanıb.
Tarixi mənbələrdə adı orta əsrlərdən etibarən çəkilən Tuğ kəndi, təbii gözəlliyi ilə yanaşı, həm də memarlıq abidələri ilə seçilir. Kənd Qafqaz Albaniyasının qədim dini irsinin toplandığı nadir məkanlardan biri hesab olunur.
Tuğ kəndindəki qədim Alban mədəni irsinin nümunələrindən biri olan Stefan kilsəsi düzbucaqlı formadadır. Kilsənin uzunluğu on iki, eni isə yeddi metrdir.
Kilsənin ətrafında qədim qəbiristanlıq yerləşir. Təəssüflə qeyd olunur ki, hazırda kilsə dağılmaq üzrədir və artıq yarıya qədər torpaq qatı ilə örtülmüş vəziyyətdədir.
Daha ərtaflı süjetdə:
Oxşar xəbərlər
Abşeronda sakinlər zavoddan yayılan tüstü və səs-küydən ŞİKAYƏT EDİRLƏR
Abşeron rayonunda fəaliyyət göstərən zavoddan yayılan tüstü və səs-küy sakinlərin narazılığına səbəb olub. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun...