Azər Baxşəliyevin həyat yoldaşı onunla bağlı paylaşım etdi - SON DURUM

Aktyor Azər Baxşəliyevin xanımı memar Nigar Seyid öz sosial şəbəkə hesabında həyat yoldaşı ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, ailəvi fotolarını paylaşaraq "Oyanmadın…" şərhini yazıb.

"Oyanıb mənə yazacaqsan. Darıxıram Azik, çox"" - deyə Nigar Seyid qeyd edib.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, aktyorun vəziyyəti həddən artıq ağır olaraq qalır:
"Xəstə hazırda xəstəxanada süni tənəffüs aparatına qoşulu, həddən artıq ağır olaraq qalır", - deyə Günel Aslanova vurğulayıb.
Qeyd edək ki, A. Baxşəliyev uzun müddət böyrək çatışmazlığından əziyyət çəkirdi. Bir neçə gün öncə onun ölüm xəbəri yayılmışdı.
Banu Hüseynli
Oxşar xəbərlər
Sabah Bakının bu ərazilərində 4 saat işıq olmayacaq
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsinin bəzi yerlərində 10 iyul tarixində elektrik naqilləri yenilənəcək....