AZAL Təl-Əvivə uçuşları dayandırmasına dair açıqlama yayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan İsrailin paytaxtı Təl-Əvivin Ben Qurion Hava Limanına uçuşları dayandırmasına dair açıqlama yayıb.
BAKU.WS-in məlumatına görə, açıqlamada deyilir ki, aviareyslərin dayandırıması İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədardır.
"Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər. Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat vəziyyətdən asılı olaraq açıqlanacaq. Aviaşirkət hər hansı dəyişiklik barədə dərhal sərnişinləri məlumatlandıracaq", - məlumatda qeyd olunub.
"Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın Çağrı mərkəzinə müraciət edə bilərlər: callcenter@azal.az.
Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir", - deyə aviaşirkət bəyan edib.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...