AZAL qış uçuş cədvəlini açıqladı

28
okt
2019
13:30
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) oktyabrın 27-i tarixindən etibarən qış uçuş cədvəli qüvvəyə miniBAKU.WS xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.Qış uçuş cədvəli çərçivəsində Bakıdan aşağıdakı istiqamətlər üzrə birbaşa reyslər həyata keçiriləcək:- Almatı- Ankara- Antalya- Pekin- Berlin- Dubay- Gəncə- İstanbul- Ciddə- Küveyt- London- Milan- Moskva- Naxçıvan- Nyu-York- Paris- Sankt-Peterburq- Tel-ƏvivHəmçinin 20-dən çox istiqamət üzrə uçuşlar "code-share" tərəfdaş aviaşirkətlər ilə birlikdə yerinə yetiriləcək. Gəncədən Bakı və Moskvaya reyslər, həmçinin Sankt-Peterburqa çarter reysləri həyata keçiriləcək. Lənkərandan Moskvaya birbaşa reyslər həftədə bir dəfə olmaq ilə davam etdiriləcək. Qış uçuş cədvəli 28 mart tarixinədək qüvvədə olacaq.

Oxşar xəbərlər
AZAL və “PASHA Travel” Səudiyyə Ərəbistanına çarter reyslər barədə razılığa gəlib
Bu günlərdə “Azərbaycan Hava Yolları”nın Ər-Riyadda keçirilmiş “Azərbaycan şahinin gözü ilə” təqdimatı ərəb ölkələrinin vətəndaşlarının və turoperatorlarının bö...