AZAL-ın təyyarəsinin mühərrikinə quş girib, reys təxirə salınıb
12
iyn
2021
10:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan Airbus A320 təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.
BAKU.WS xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib. Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.
Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.
Oxşar xəbərlər
"Azərbaycan Hava Yolları" QSC və “Boeing” əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur
23 fevral 2018-ci il, Bakı - AZAL aviaşirkətinin dəvəti ilə “Boeing Commerical Airplanes” şirkətinin Prezidenti və Baş icraçı direktoru Kevin Makalister fevralı...