AZAL-dan aviabiletlərin satışı haqda VACİB MƏLUMAT

AZAL-dan aviabiletlərin satışı haqda VACİB MƏLUMAT
Sosial 1811

AZAL aviabiletlərin satışı haqda vacib məlumat yayıb. 

BAKU.WS "Azərbaycan Hava Yolları" aviaşirkətinin məlumatını təqdim edir:  

Aviabiletləri yalnız aviaşirkətin etibarlı tərəfdaşlarından almağa çağırırıq.

Son vaxtlar "Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən aviabiletlərin oğurlanmış kredit kartı ilə satışı cəhdləri qeydə alınmış və qarşısı alınmışdır.

Fırıldaqçılar müştərilərə endirim adı altında sövdələşmə təklif etmiş, sonra oğurlanmış kartlar vasitəsilə aviaşirkətin aviabiletlərini almışdırlar.

Sərnişinləri aviabiletləri yalnız aviaşirkətin etibarlı rəsmi tərəfdaşlardan və ya aviaşirkətin rəsmi internet saytından almağa çağırır.

Azərbaycan ərazisində AZAL aviadaşımaları üçün aviabiletlərinin satışına rəsmi hüququ olan agentliklərin siyahısını burada baxa bilərsiniz:

Azər Məmmədov 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər