AZAL Bakı-Naxçıvan reysinin sərnişinlərinə müraciət edib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir.
BAKU.WS xəbər verir ki, bu barədə aviaşirkətin sərnişinlərə müraciətində bildirilir.
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində bu marşrut üzrə reyslərə tələbat artır. Mülki aviasiyada pik dövrlər hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri onlayn qaydada aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiq vasitəsilə və ya AZAL-ın kassalarından əldə etmək mümkündür",- deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Oftalmoloq Cahid Şahbazov: "Mən göz rənginin dəyişdirilməsi əməliyyatını ölkəyə gətirdim"
"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb. Bu dəfə proqramın qonağı cərrah-oftalmoloq Cahid Şahbazov olub. Həkim verilişdə Azərbaycanda göz rənginin dəyi...