Azad edilən ərzazilər indiyədək 115 min ha minalardan təmizlənib
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad edilən ərzazilərdə indiyə qədər 115 min hektar ərazi mina və partladılmamış hərbi sursatdan təmizlənib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
O bildirib ki, prosesdə qardaş Türkiyənin minatəmizlənmə avadanlıqlarından da istifadə olunur. Türkiyə istehsalı olan robotlar da işğaldan azad edilən ərazilərdə minatəmizləmə işlərinə cəlb olunub:
"Tərəfimizdən yeni texnologiyalar tətbiq olunmaqdadır. Bunlar həm də uzaq məsafədən idarə olunan robotlar, minatəmizləmə maşınlarıdır. Həmin avadanlılqra həm piyada, həm də tank əleyhinə olunan minaların məhv edilməsində istifadə olunur”.
Oxşar xəbərlər
İşğaldan azad olunmuş ərazilərdə mina partlayışı və qurbanlarının sayı barədə aylar və illər üzrə STATİSTİKA
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində minadan zərərçəkənlər və aşkarlanmış partlayıcı sursatlara...