AYNA: "Qırmızı Körpü" gömrük postunda 500 avtomobil gözləyir"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda 500 avtomobil gözləyir.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 87, Biləsuvar gömrük postunda 155, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 52 yük maşını var.
Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.
AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...