Aygün Bəylər dəfn olunub - YENİLƏNİB/VİDEO
Aygün Bəylərin cənazəsi Suraxanı kənd qəbiristanlığına aparılaraq dəfn olunub.
Qeyd edək ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən müğənni yanvarın 7-də Türkiyədə vəfat edib.
***10.51
Bu gün Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə Səttar Bəhlulzadə adına mədəniyyət sarayında vida mərasimi keçirilir. BAKU.WS xəbər verir ki, mərasimdə xanəndənin ailə üzvləri, yaxınları və bəzi sənət dostları iştirak edirlər. Onlar arasında tanınmış aktyorlar, aparıcılar, Əməkdar və Xalq artistləri də var.
Xatırladaq ki, Aygün Hümmətova bu il yanvarın 6-da gecə saatlarında Türkiyənin paytaxtı Ankarada vəfat edib. Xanəndə 1975-ci ildə avqustun 22-də Bakıda doğulub.
Aygün Bəylər ilk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində alıb. O uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Aygün Bəylərdən geriyə Canan adlı azyaşlı övladı qaldı.
Oxşar xəbərlər
Aygün Bəylərin həyat yoldaşı kim idi? - FOTOLAR
Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfat etməsi Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Şübhəsiz ki, o, əvəzolunmaz səsi, təkrarsız ifası, zəngulələr...